Reklam verin!

May 23, 2008 22:40

Varlığın dözülməz yüngüllüyü

sese
Bir zamanlar ruhumun əllərini Bakının boz küləyinə tapşırıb, hər şeyi - kim olduğumu, nələrin məni qayğılandırdığını, içində olduğum zamanı, məkanı unudaraq Abşeronun hər addımında yabanı bitən zeytun ağacları kimi sadə, sıradan olan bu küləyin o ahəngsiz, xoşagəlməz, amma anaların övladlarına “balam” dediklərində övladların hiss etdikləri doğmalıq qədər əziz olan musiqisini dinləyəndə təsəvvürümə belə gətirməzdim ki, illər sonra həmin musiqini və ovqatımı xatırlayaraq varlığın dözülməz yüngüllüyünü duya-duya təəssüf və laqeydlik qarışıq bir hissə hakim olacam. Davamı...
Ordan-burdan | Şərhlər(0) | Baxış sayı: 56

Aprel 3, 2008 1:56

Dəftərçəmdəki qeydlər

sese
Son bir neçə gün barədə:

1) Emir Kusturiçanın filmlərinə baxıram. Zövq alıram. Özüm üçün nəsə nümunə götürürəm.

2) Universtitetdə məqbulları verməklə məşğulam. Mühasibatla bağlı çətinlik olmayacağına mənlə oxuyanların arxayınçılığı sübut ola bilər. Amma mən nədənsə azacıq təşviş keçirirəm.

3) Yeni iş yerinə düzəlmişik. Gedib-gələcik, pul qazanacıq, sonra - "pulu hara xərcləyəcik?"- deyə baş sındıracıq.

4) Bu tədris ili üçün planlaşdırmışdım ki, ingilis dili biliyimi bərpa edəcəm. Fiasko...

5) Yaz gəlib. Günəşi sevirəm...

6) Anarın Moskvadakı yubiley gecəsində iştirak elədim. Qoca yazıçını görcək fikirləşdim: Anar ölsə, Azərbaycan Sovet ədəbiyyatını yaddaşlarımızda gömməli olacıq.

7) Mənə yalnızlıq lazımdı. Azadlıq fikirləri səhmana salır.

8) İtmiş birisinin izini axtarıram...


Ordan-burdan | Şərhlər(3) | Baxış sayı: 113

Mart 23, 2008 14:37

Yeni bir avaz gəlib, Novruz gəlib, yaz gəlib...

sese

Novruz bayramı da gəldi, getdi. Keçən ilkilərə nisbətən qürbətdə bir az da olsa Novruz havasını duymağa müvəffəq oldum. Əslində, gözlədiyimin əksinə olaraq, hər şey çox sadə imiş. Eynilə vətəndəki kimi alınsın deyə, iki-üç nəfər soydaşı evə dəvət etmək, masanı müxtəlif təamlarla doldurmaq (plovun olması mütləqdir), başa bir neçə meyvə suyu və bir şərab şüşəsi qoymaq kifayətdir.

 

                         Novruz

 

 

Davamı...
Ordan-burdan | Şərhlər(1) | Baxış sayı: 86

Mart 18, 2008 18:44

Salam, gəl, dost olaq!!!

sese

Mən hələ Azeribloq məkanına ayaq basmamışdan burada gedən bəzi yazışmalara gözucu nəzər salmışdım. Doğrusu, o qədər də cəlbedici deyildi, amma - "hər halda, pis də olsa, bizim milli bloqdur, inkişafına bir töhvə verək" – deyə tez-tez düşünürdüm.

Bu bloq saytının natamam imkanları və əskikləri məni çox narazı salmışdı. Məsələn, istənilən adam, istənilən qeydiyyatlı istifadəçinin adından şərh göndərə bilər.

Bu, çox təhlükəli şeydir və fəsadları da qabaqcadan duyulur.

Davamı...
Ordan-burdan | Şərhlər(8) | Baxış sayı: 214

Mart 14, 2008 20:00

Peterburq səfəri

sese

Dünən bir günlüyə dostumla Peterburqa səfər etdik. Səfərimizin çox az müddət əhatə etməsinə baxmayaraq, hələ qabaqcadan maraqlı və şad anlar bəxş edəcəyini anlamaq çətin deyildi. Mən şimal paytaxtına birinci və axırıncı dəfə ötən ilin may ayında getmişdim. O zaman belə bir fikrə gəlmişdim ki, Peterburq Moskva, İstanbul, Odessa, Bakıdan daha gözəl şəhərdir.

 

 

 

Davamı...
Ordan-burdan | Şərhlər(3) | Baxış sayı: 155

Mart 11, 2008 19:02

Əminə yoxsa, Banu?

sese

Mənim bir sevgilim var. Adı Əminədir. O, çox sevimli və mehriban bir insandır. Çox vaxt onunla həftədə bir-iki dəfə görüşürəm. Hər görüşümüzdə o, məni incidir, küsüşürük. Amma tezliklə barışırıq. Bir az şıltaqlığı var.

 

Çox nazlanır. Məni həmişə imtahana çəkir. İstəyirəm, bütün həyatım boyu o, mənim yanımda olsun, həyatın sevincini və qəmini bir yaşıyaq, çətinliklərə qarşı bir vuruşaq.

 

 

 

Davamı...
Ordan-burdan | Şərhlər(9) | Baxış sayı: 207

Mart 10, 2008 23:55

Başlıq və ya dəvə südü

sese

Söhbətin əvvəlində, gərək ki, belə bir sual olar. Bloq xeyir ola? Nə bilim, xeyirdi, inşallah. Gözüqıyıq asiyalı dostum vətənindən butulkada dəvə südü gətirmişdi. Çoxdandır dadına baxmaq istəyirdim. Butulkanın ağzını açanda gördüm ki, südün həcmi get-gedə artır. Dedim:


- Ay dost, bu nədir belə, süd çoxalır?

 

 

 

Davamı...
Ordan-burdan | Şərhlər(1) | Baxış sayı: 125
Yazılar cəmi: 7   
© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com