Mart 29, 2008 13:20
Qabriel Qarsiya Markeslə açılan səhər
Şənbə sübh çağıdır. Pəncərəmdən görünən qarşıdakı yaşayış binasına günəş şüalarını üfürməkdədir. Üfürülən günəş şüaları pəncərələrdən içəri keçərək insanların qəlbinə yayılır, mürgüləyənlər günəş sığalı ilə oyanırlar.
Bakını xatırlayıram. Adətən yaz aylarında hər şənbə səhərlər erkəndən durub, səhər yeməyi üçün tələb olunan nəsnələri (əlbəttə, əsas da isti təndir çörəyi) və bir neçə qəzeti alır, evə qayıdardım. Ləzzətli yeməkdən sonra isə başlardım mütaliəyə.
Bugün də həmin xatirələri canlı oyatmaq istəyi içimdə baş qaldırdı. Bilgisayar önünə keçib, saytları gözdən keçirdim. Görünüş keyfiyyəti ilə olub-olan bütün ədəbiyyat saytlarını arxada qoymuş Lit.az-da Qabriel Qarsiya Markesin "Lənətə gələsən, Kafka" adlı müsahibəsinə rast gəldim. Cavid Cəfərzadənin tərcüməsində verilən söhbət olduqca maraqlı və gözəl çevrilmişdi. Müsahibənin bir neçə maraqlı yerinə nəzər yetirməyə dəyər. Markes həyatında baş vermiş iki maraqlı əhvalatı danışır:
Davamı...
Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 73
Mart 27, 2008 2:56
"Facultet" - yeni nəslin yeni ədəbiyyatı
Ara-sıra dost-tanışa nəsə bir maraqlı şey danışmağa başlayanda ilk cümləm kitab mağazasına getməyim haqqında olur. Doğrudan da, kitab mağazalarına baş çəkib, hətta bir şey almasan belə, orada sərf edilən vaxtın müqabilində həmin an və ya gələcəkdə nəyisə öyrənmək üçün yaxşı zəmin yaranmış olur. Ola bilsin, bu, heç də hər kəsə şamil edilə bilməz. Ən azından ona görə ki, mən yaxşı görmə yaddaşımla öyünə bilirəm.
Bir neçə dəfə mərkəzi kitab mağazalarında dostumla gəzişərkən o, mənə Rusiyada təşkil olunan mötəbər ədəbi müsabiqələrin qaliblərinin və ya qısa-siyahıya düşməyi bacarmış iştirakçıların kitablarını göstərdi. Doğrudan da, hər kitabın üzərində müəllifin filan müsabiqədə filan yeri tutmağı haqqında qeydlər vardı. Bu kitabların arasında gözüm “Facultet” adlı bir kitaba sataşmışdı. Amma onunla maraqlanmamışdım.
Davamı...
Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 80
