May 23, 2008 22:40
Varlığın dözülməz yüngüllüyü
Bir zamanlar ruhumun əllərini Bakının boz küləyinə tapşırıb, hər şeyi - kim olduğumu, nələrin məni qayğılandırdığını, içində olduğum zamanı, məkanı unudaraq Abşeronun hər addımında yabanı bitən zeytun ağacları kimi sadə, sıradan olan bu küləyin o ahəngsiz, xoşagəlməz, amma anaların övladlarına “balam” dediklərində övladların hiss etdikləri doğmalıq qədər əziz olan musiqisini dinləyəndə təsəvvürümə belə gətirməzdim ki, illər sonra həmin musiqini və ovqatımı xatırlayaraq varlığın dözülməz yüngüllüyünü duya-duya təəssüf və laqeydlik qarışıq bir hissə hakim olacam. Davamı...Ordan-burdan | Şərhlər(0) | Baxış sayı: 74
