Aprel 3, 2008 1:56
Dəftərçəmdəki qeydlər
Son bir neçə gün barədə: 1) Emir Kusturiçanın filmlərinə baxıram. Zövq alıram. Özüm üçün nəsə nümunə götürürəm.
2) Universtitetdə məqbulları verməklə məşğulam. Mühasibatla bağlı çətinlik olmayacağına mənlə oxuyanların arxayınçılığı sübut ola bilər. Amma mən nədənsə azacıq təşviş keçirirəm.
3) Yeni iş yerinə düzəlmişik. Gedib-gələcik, pul qazanacıq, sonra - "pulu hara xərcləyəcik?"- deyə baş sındıracıq.
4) Bu tədris ili üçün planlaşdırmışdım ki, ingilis dili biliyimi bərpa edəcəm. Fiasko...
5) Yaz gəlib. Günəşi sevirəm...
6) Anarın Moskvadakı yubiley gecəsində iştirak elədim. Qoca yazıçını görcək fikirləşdim: Anar ölsə, Azərbaycan Sovet ədəbiyyatını yaddaşlarımızda gömməli olacıq.
7) Mənə yalnızlıq lazımdı. Azadlıq fikirləri səhmana salır.
8) İtmiş birisinin izini axtarıram...
Ordan-burdan | Şərhlər(3) | Baxış sayı: 112
3
gahramanov yazıb:
Anar qocadırsa, gör biz nə gündəyik?!
Yalnızlıq lazımdır deyirsən, çox təhlükəli istəkdir ![]()
Aprel 3, 2008 12:56

Yalnızlıq dedin.. yene içimde bir şeyler oldu. Arada mene de lazımdır amma ne mümkün! Yalnızlıq istediyinde yalnız qala bilmek bile nemet.Bu aralar yalnızlığım en çox 1 saat o da ağlayaraq duş almaqdan ibaret.
mene yalnızlıq lazımdır.
Aprel 3, 2008 2:17