Reklam verin!

Mart 18, 2008 18:44

Salam, gəl, dost olaq!!!

sese

Mən hələ Azeribloq məkanına ayaq basmamışdan burada gedən bəzi yazışmalara gözucu nəzər salmışdım. Doğrusu, o qədər də cəlbedici deyildi, amma - "hər halda, pis də olsa, bizim milli bloqdur, inkişafına bir töhvə verək" – deyə tez-tez düşünürdüm.

Bu bloq saytının natamam imkanları və əskikləri məni çox narazı salmışdı. Məsələn, istənilən adam, istənilən qeydiyyatlı istifadəçinin adından şərh göndərə bilər.

Bu, çox təhlükəli şeydir və fəsadları da qabaqcadan duyulur.

Amma mənim ən böyük narazılığıma, sonradan isə hətta təəccüb və gülüşümə səbəb olan başqa - Azəribloq istifadəçilərinin bir-birinə nümayişkaranə minnət qoymaları idi. Bu, mənə inanılmaz və qeyri-adi görünmüşdü. Gözümlə şahidi olduqdan sonra kimə danışırdımsa uğunub gedirdik.

Bildiyiniz kimi, bloqda hər bir şəxsi səhifəsi olan istifadəçi yazılarını və ya deyəlim, şəxsiyyətini bəyəndiyi istifadəçinin bloq ünvanını öz səhifəsində “Dost bloqlar” rəfində yerləşdirə bilər. Məsələn, mən maraqlı yazılarından və hadisələrə fərqli münasibətindən zövq aldığım gahramanov-un səhifəsini öz səhifəmdə qeyd etmişəm. Bunu edərkən də nə onunla söz kəsmişəm, nə də demişəm ki, sən də eyni hərəkəti təkrarla. Dostumuzun səhifəsini bəyəndim, əlavə etdim, vəssalam, şüttamam.

Amma Azəribloqda nədənsə bu proses bir az başqa cür həyata keçirilir. Məsələn, “Elman” “Zaur”-un səhifəsini ziyarət edir və dəxli olmayan bir mövzuda yazır ki, bəs, ay “Zaur”, gəl, səninlə dost olaq, mən sənin səhifəni öz səhifəmdə “dostlar”a əlavə edəcəm, sən də mənimkini. Bu vaxt, adətən, hər ikisi razılaşırlar və öz bloqlarında bir-birlərinə keçid qoyurlar. Bunu nədənsə hamı normal qarşılayır və heç kəsin cınqırı da çıxmır.

Mənim isə cınqırım, deyəsən, artıq çıxmış oldu. Və çıxmalıydı da. Üzümü tutub, bütün bloqçulara deyirəm, ay millət, ay dostlar, bu, harada görülüb ki, bloqlarda biri digərini dostlara əlavə etmək istəyəndə deyə ki, sən et, mən də edim. Bəlkə, “Elman”-ın “Zaur”-dan xoşu gəlir, “dostlar”-a əlavə etmək istəyir, amma “Zaur” istəmir “Elman”-ı əlavə etsin. Niyə “Elman” “Zaur”-u belə çətin vəziyyətdə qoymalıdı, axı?

Odur ki, elə buradaca, mənə gələcəkdə belə heyrət dolusu gülməli sualla müraciət edənlərə deyirəm, kim ki, məni “dost” etmək istəyir, etsin, daha mənə minnət qoymasın ki, bəs, mən səni əlavə edirəm, sən də et. Qapım hamıya açıqdı. Amma siz mənə qonaq gəlirsiniz deyə, mən sizə gəlmək möhtacında deyiləm.

Ordan-burdan | Şərhlər(8) | Baxış sayı: 214
1
EsmaNur yazıb:

Tam da düşündüklerimi yazmısınız.. "Gel dost olaq" hele yaxşıdı,be`zileri gelir deyir ki "Gel sene kömek edim" smile Fesubhanallah.. menim buna ehtiyacım mı var?!

Ya da bezileri var,blog blog gezir deyir ki,meni dost bloglarına elave et.Gülmelidi mence smile

Menim bir neçe dost bloglarım var ye`ni arada ziyaret edib oxuyuram yazılarını.amma kimseye indiye kimi bunu dememişem (ye`ni meni elave et) ve de dost bloglarım da mene demeyibler hetta xeberleri de olmayıb..
her neyse.. qısacası,dilençilik etmeye gerek yoxdu smile

Mart 18, 2008 19:58

2
gahramanov yazıb:

Bu yazıya ehtiyac var idi. Doğrusu, mən özüm də bənzər yazı yazmaq istəyirdim.

Yazının altından imzamı qoyuram!

Mart 18, 2008 22:32

3
gizli biri* yazıb:

salam sese mende senin fikirlerinle raziyam.cunki mende bu blokcu yaxindan izleyen biriyem vede burda oxuduqlarimin altina oz serhimi ve imzami yazmisam,ve buna baxmayaraq kimlerse bezi blokcularin sehifelerin oxuyub menim imzamla serhler qeyd edibler..mende bunun qarsisin alinmasin en azindan qeydiyyatdan kecilmesin teleb ederdim...bu menim nacizane fikrimdi.cunki her defe imzami deyismekden bezdim ama kimlerse menim izmami teqlit etmekden bezmediler ve mende qerara aldimki imzami GIZLI BIRI deye deyisem belke bezileri insafa gelib menim adimdan agillarina gelen serhlerde bulunmasinlar...

Mart 19, 2008 20:05

4
fərhad yazıb:

Salam
Sizin yazdıqınız yazilə tam raziyam. elə bil ki mənimdə ürəyimdən hay verdi. bu təkcə AzəriBlogda yox bəlkə hər hansi digər blog imkanlarında vardi. əslində biz dost bloglari bölməsin ona görə yaratdıq ki misal üçün sən ki Qəhrəmanovın blogın sevirsən hər gün tez tez onun blogına girmiyəsən öz dost bloglari siyahisində onun blog adını qalın surətdə görən zaman biləsən ki qəhramanov blogında yeni yazı göndərib və səndə onun yeni yazısın oxumaq üçün onun bloguna daxil olasan.
Amma məncə hami siz və əsma nur və bəzi digər blogçularımız kimi blogçu olmaqı və necə blog yazmaqi hələdə tam düşünmeyiblər və bəzi amator hərəkətlər edirlər.
Blog Rolling məsələsi blogların bir birinə zincir olunmasına kömək olar və bir bloga girən istifadəçinin qarşısında digər bloglarda nümayiş edər.
amma o ki kimsəni blogda keçid verməyə məcbur edəsən elədə yaxşi deyil.
AzəriBlogda sizin kimi blogçuların fəalliyəti, digər istifadəçilərin də ən gücli blog aləmində fəaliyyət etməliklərinə səbəb olacaq.
yazının əvəəlində AzəriBlogın əksikləri barədə söz aparmısan, istərdim xahiş edim ki buzz.azeriblog.com blogında olan son yazıda, bizim sualımıza cavab yazasınız.

wink
Uğurlar

Mart 19, 2008 21:41

5
Nurlan yazıb:

Mən yazıyla qismən razılaşmıram. Hər kəsin bir şəxsi baxışı ola bilər. Siz blogu öz fikirlərinizi yazmaq üçün bir yer görə bilərsiniz, başqası da bunu özünə bir reytinq ağacı kimi görə bilər. Onun üçün link verərkən, əks link tələb etməsi normaldır, daha doğrusu təbiidir.

Əziyyətnən yığdığı beş on istifadəçini başqa bir bloga qarşılıqsız göndərməsi kapitalizmin qanunlarına ziddir lol

Azəriblogun çatışmamazlıqlarına gəldikdə isə, başqasının adınnan şərh yazmaq bütün blog sistemlərində var. Onun qarşını almaq qeyri mümkündür.

Amma blog gündəlikdir, yaxşı blog üçün ağ səhifə də kifayətdir, necə ki siz etmisiniz grin

Mart 24, 2008 5:25

6
gahramanov yazıb:

Nurlan, Livejournal-da başqasının adından şərh göndərmək mümkün deyil.

Bir də ki... Hər kəsin baxışı fərqlidir. Bu şübhəsizdir. Sadəcə bəzilərinin baxışlarını normal qarşılamaq olmur. Şəxsən mənə əks link istəmə - tələbetmə çox gülünc görsənir.

Mart 25, 2008 3:03

7
Nurlan yazıb:

Gahramanov, yoldan keçən adam bir balaca şərhi üçün girib livejournalda qeydiyyatdan keçəsi deyil ki. Ona görə livejournalda yazılmış yazılarda şərhlər çox az olur. yanlız qeydiyyatlılar yaza bilər. Mənim xoşuma gəlmir, qapım hamıya açıqdı istiyən yazar smile

Mart 26, 2008 1:07

8

Yazarla razılaşıram, amma heç kəsi qınamıram))

Aprel 28, 2008 1:51

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad


captcha

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com