Reklam verin!

Mart 14, 2008 20:00

Peterburq səfəri

sese

Dünən bir günlüyə dostumla Peterburqa səfər etdik. Səfərimizin çox az müddət əhatə etməsinə baxmayaraq, hələ qabaqcadan maraqlı və şad anlar bəxş edəcəyini anlamaq çətin deyildi. Mən şimal paytaxtına birinci və axırıncı dəfə ötən ilin may ayında getmişdim. O zaman belə bir fikrə gəlmişdim ki, Peterburq Moskva, İstanbul, Odessa, Bakıdan daha gözəl şəhərdir.

 

 

 

Qatarda getməyi çox sevirəm. Mizə uzanmaq, gözlərimi yummaq və yolda olmağımı hiss etmək mənə zövq verir. Bir tərəfdən də sanki yırğalana-yırğalana laylaya bənzəyən qatar çarxlarının səsini dinləmək adama uzaq keçmişi yada salır.

Hər bir şəhərin bir həyatı var. Həyatlar arasında səyahət etmək yenidən doğulmaq kimidir. Bu hissi mənə ən çox məhz qatar səyahətləri təlqin edə bilir.

Şəhərə çatmağa yarımsaatdan bir az çox qalmış qatarda radio qoşuldu və Valentina Leqkostupovanın “Ягода-малина” parçası səslənməyə başladı. Mahnının şux, həzin səsi altında sabahımızı Peterburqda salamladıq.

Vağzalda dışarı çıxanda yağış yağdığını gördük. Keçən il də səfərim vaxtı hər gün yağırdı. Bu şəhərin buludları nədənsə ağlamağı sevirlər. Sonradan düşündüm ki, onlar, yəqin, daim aşağıda yaşayanlara həsəd aparırlar.

Nevskiy prospektiylə addımlayırıq. Sağımızadakı, solumuzdakı uzun prospektlərə, yanımızdaca başlayan və sanki sonsuzluğa uzanan maşın yollarının hər iki tərəfindəki binalara, onların arasındakı bir az hündürdəki naqillərin qurduqları torlara baxa-baxa fikirləşirəm. Uşaqlığı bu şəhərdə keçmiş insanlar var. Onlar üçün bu mənzərə öz analarının gözlərinə baxdıqlarında aldıqları xoş və doğma hisslər qədər əzizdir.

Peter1

Peterburqun insanları da, məncə, fərqlidir. Bu şəhərin sakinləri moskvadakılara nisbətən daha hərarətlidirlər. Şəhər daha şimalda yerləşsə də, insanların qəlblərini nəsə sirli bir şey isidir. Bəlkə, bu ocaq Peterburqun özüdür? Xain buludlar belə bu ocaq qarşısında acizmişlər.

İnsanları seyr edirəm... Şlyapa taxmış, plaş geymiş cavan əsmər oğlana rast gəlirəm. Görkəmi mənə Kafkanı xatırladır. Bir az sonra toxuma əlbisə geymiş, hörüklü qız görürəm. Ağlıma Şarlotta Bronte düşür. Sanki şəhərə yüz il əvvəlin yazarları toplaşıb. Puşkinin tez-tez ziyaret etdiyi kafenin yanından keçəndə əlimi binanın qoca daşlarının üstünə qoyuram. Qoca daşlardan Puşkinin sətirlərini eşidirəm. Sonra sanki şəhərin bütün qocaman binaları bir orkestr tək səs-səsə verirlər. Buludların arasından günəş çıxır, Kazan camesinə göz vurur.

Peter2


Şəhərdə heç kəs tələsmir. Bakıdakı kimi yavaş-yavaş küçələrdə gəzirəm. Bəlkə də, Moskvada olsaydım, indi ətrafımdakı insanlar sürətlə yanımdan ötərdilər.

Peterburqda çoxlu sayda avropalı əcnəbilər var. Şəhərdə çoxlu sayda şərq adları daşıyan restoranlara, kafelərə rast gəlirəm və düşünürəm... İstiqanlı şərq və şimal insanı...

Düşüncələrimdə yanılmaq istəmirəm. Peterburq sevimli və həsas şəhərdir. Bu şəhərə gələcəkdə hələ çox səfər edəcəyimə və Nevanın sahillərində dayanıb, incik buludlara istehzayla tamaşa edəcəyimə əminəm.

Peter3



Ordan-burdan | Şərhlər(3) | Baxış sayı: 154
1
yagmur yazıb:

salam.NOVRUZ BAYRAMINIZ MUBAREK!inan cox seher gezdim,indide hal hazirda ukraynanin en gozel seherlerinden biri olan odessada yasayiram ama yenede azerbaycanin yerini hec bir yer tutmaz.azerbaycanin gedrin ancak ondan ayri geribcilikte yasayanlar biler cry cox maragli blogunuz var.

Mart 18, 2008 23:00

2

Salam! Mən Sankt_Peterburqda yaşayıram. Sizin bu şəhərə baxışınız maraqlı oldu, təşəkkürlər!

Aprel 28, 2008 1:42

3
Daglar qizi yazıb:

Cox gozel yazmisiniz. Xosuma geldi.
Peterburq heqiqeten de gozel seherdir, her vaxtda her fesilde.
Her defe Nevskiyde olanda ozum ozume deyirem ki seherim nece de gozeldir..Sevirem bu seheri.

May 20, 2008 16:15

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad


captcha

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com