Reklam verin!

Mart 12, 2008 3:20

«Virtual Azərbaycan»

sese

İki ildən sonra «Virtual Azərbaycan» layihəsi həyata keçirilə bilər. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hələ ideya formasında olan bu layihənin məqsədi dünyada yaşayan bütün azərbaycanlıları virtual aləmdə birləşdirməkdir.

 

Bu layihə tələbələr üçün məşhur adamların müxtəlif mühazirələr oxumasına, tövsiyələr verməsinə və s. imkan yaradacaq. Layihənin həyata keçirilməsi ideyasını verən həmyerlimiz, ABŞ-da yaşayan alim Lütfi Zadə artıq «Virtiual Azərbaycan»da mühazirələr oxumağa hazır olduğunu deyib.

Nazirlikdən bildirilib ki, «Virtual Azərbaycan» ölkədə yüksək sürətli İnternet, süni milli peyk olduqdan, infrastruktur tam qurulduqdan sonra həyata keçirilə bilər. Bunlar olduqdan sonra layihəyə Azərbaycanın xarici ölkələrdəki diasporları da cəlb ediləcək. Bu səbəbdən, layihənin bir necə ildən sonra reallaşacağı gözlənilir.

Mənbə: 525 


Mətbuat | Şərhlər(1) | Baxış sayı: 111
1
gahramanov yazıb:

Yaxşı ideyadır. Lütfi Zadəni dinləmək olar.

Mart 12, 2008 22:04

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad


captcha

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com