Mart 11, 2008 19:02
Əminə yoxsa, Banu?
Mənim bir sevgilim var. Adı Əminədir. O, çox sevimli və mehriban bir insandır. Çox vaxt onunla həftədə bir-iki dəfə görüşürəm. Hər görüşümüzdə o, məni incidir, küsüşürük. Amma tezliklə barışırıq. Bir az şıltaqlığı var.
Çox nazlanır. Məni həmişə imtahana çəkir. İstəyirəm, bütün həyatım boyu o, mənim yanımda olsun, həyatın sevincini və qəmini bir yaşıyaq, çətinliklərə qarşı bir vuruşaq.
Bir qız da var. Adı Banudur. Çox yaxşı qızdır, savadlıdır, biliklidir. Atamın dostunun qızıdır. Mənim evlənmək vaxtım yetişdiyindən istəyirlər ki, bu qızla ailə qurum. Amma mən sırf Əminəyə görə buna razı deyiləm. Tərəzinin bir gözündə Əminəyə olan sevgim və bu sevginin yaradacağı sıxıntılar varsa, digər gözdə nümunəvi bir həyat yoldaşı və sevgisiz bir həyat var. Bəzən düşünürəm ki, bəlkə, nə vaxtsa Banunu sevərəm. Axı, mən hələ 4-5 il əvvəl bu qıza qarşı rəğbət duyurdum. Qonaqlıqlarda gözucu onu süzürdüm. Amma bu sevgi deyil, bir uşaq marağı idi. Sonra isə mən əsl sevgini Əminədə tapdım.
Hamı məndən cavab gözləyir. Əminəylə ayrılmaq istəmirəm. Amma sevgi dolu ömürdən başqa rahatlıq da istəyirəm. Mən, axı, razı ola bilmərəm ki, hər dəfə telefon zənginə gec cavab verəndə həyat yoldaşım şübhələnsin ki, telefonun qırmızı düyməsinə basarkən yanımda başqa bir qadın xeylağı varmış.
Banu belə qıza oxşamır. Hətta ona xəyanət etsəm belə, məni bağışlayacağına inanıram. Əminə isə bunu etməz. O, bunu qəbul etmək iqtidarında deyil. O, məni qədərindən çox sevir.
Böyük tərəddüd qarşısındayam. Kimi seçəcəyimə qərar verməmişəm. Şərti olaraq "Əminə" adlandırdığım ədəbiyyatmı, yoxsa "Banu" dediyim biznesmi?...
Ordan-burdan | Şərhlər(9) | Baxış sayı: 207
Mence oxuyanlar, yazini sona qeder oxumayiblar. Rauf da, xebername-de sherh yazan Nurlan da hansi qizi secmeyi meslehet gorurler, eslinde ise sohbet qizdan yox, insanin ne ile meshgul olacagi ishden gedir.
Mart 13, 2008 17:06
Bizim azəri milləti bir az qəribədi nəsə...
Mart 14, 2008 13:01
QERIBELIK AZERI MILLETINDE DEYIL!!! O SOZU DEYENDEDI...AMA BUNA BAXMAYARAQ MARAQLI INSANSAN...
Mart 15, 2008 2:57
HEYATIN MARAGI QERIBELIYINDEDI...
Mart 16, 2008 22:31
BİZNESİ!!!! Birmənalı və heç bir tərəddüd etmədən. Azərbaycançılığına salma!
Mart 17, 2008 1:49
Azerbaycanciliq deyende neyi nezerde tutdugunu, duzu, anlamadim, Vusal. Edebiyyat meger azerbaycanciliqdir mi? Men eksini dushunurdum.
Mart 18, 2008 0:34
"Banu"-nu seç, amma "Əminə"-ni də unutma!))
Məncə bu sahələr, biri o birindən aslı olmayan sahələrdir. Yəni iş (biznes) işdir, həyatda maraqlandığın nəsə bir şey də olmalıdır. Əlbəttə, maraqlandığın şeylə işin bir olsa yaxşıdır, amma, təəssüf ki, bu həmişə elə deyil.
Aprel 28, 2008 2:06

çalışki ele birisi ile aile heyatı qur ki,gelecekde peşimançılıq hissi yaşamayasan. tebii hansını daha çox sevirsen,hansı ile daha çox huzur tapacaqsan onunla ve çalış ona xeyanet etmeyesen, çünki qadınlar xeyaneti sevmir!
Mart 13, 2008 11:11